Breksit və GBP/USD

27 Fevral 2019

Beynəlxalq valyuta birjalarında funtun bahalaşması investorların diqqət mərkəzində və 1.33$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

Breksit və GBP/USD

GBP/USD  valyuta bazarının əsas maliyyə cütlüklərindəndir. Britaniyanın AB-dən çıxışının təxirə salına biləcəyi ehtimalı funta dəstək verir. Hazırda cütlük 1.3250 səviyyəsindən yuxarıda ticarət aparır.

 

GBP/USD Avropa sessiyasının açılışı öncəsi 1.3250 yaxınlığında ticarət aparır. Funt dünən aparıcı valyutalar arasında lider olub, amma bu gün 1.3290 maksimumundan uzaqlaşıb, çünki hərəkət üçün katalizator müşahidə olunmur.