EUR/USD maliyyə alətində həftəlik gözləntilər

11 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında avronun qiymətinə həftə ərzində təsir edə biləcək iki önəmli hadisə treyderlərin diqqət mərkəzindədir.

EUR/USD maliyyə alətində həftəlik gözləntilər

Dünya Maliyyə bazarlarında  avro dollar qarşısında keçən  həftə kəskin şəkildə ucuzlaşaraq 1.1240 hədlərində qərarlaşıb. 15 Mart saat 14:00-da Avrozondan açıqlanacaq istehlak qiymətləri indeksi ilə bağlı xəbər də maraqla gözlənilir.  

 

Belə ki, keçən ay 1.5 % artımla dərc olunan göstəricidə bu ay dəyişiklik olması proqnozlaşdırılmır. 

 

Açıqlanacaq göstəricinin proqnozdan yaxşı açıqlanması avronun dollar qarşısında müəyyən qədər bahalaşmasına səbəb ola bilər. 


Eyni zamanda, bu həftə bazar iştirakçıları FED-in sədrinin də çıxışını səbirsizliklə gözləyirlər. Çıxış zamanı səsləndiriləcək müsbət fikirlər EUR/USD maliyyə alətinə təzyiqləri davam etdirə bilrər.