EUR/USD məzənnəsi 1.15$-a kimi 0.3% bahalaşdı

01 Fevral 2019

Avrozonanın inflyasiya ilə bağlı fundamental göstəricilərin müsbət açıqlanması, avronun 1.1472$-a kimi 0.3% bahalaşmasına səbə olub.

EUR/USD məzənnəsi 1.15$-a kimi 0.3% bahalaşdı

EUR/USD məzənnəsində bahalaşma müşahidə edilməkdədir. Avrozonada istehlak qiymətlərinin baza indeksinin ehtimal ediləndən daha yaxşı açıqlanması, avronun dünya valyuta birjalarında 1.1472$-a kimi 0.3% bahalaşmasına təsir edib. 


Son günlər ABŞ ilə bağlı müsbət fundamental məlumatların açıqlanması, dolları bahalaşdırmaqla yanaşı, EUR/USD məzənnəsinin sürətli artım dalğası fonunda  1.1434$-a kimi korreskiyasına səbəb olmuşdur.


Təhlillərə əsasən, Avro/Dollar valyuta cütlüyünün qiyməti 1.1464$-ın üzərində möhkəmlənərsə, 1.1483/95$-a kimi də bahalaşa bilər. Qiymət bundan sonra sözügedən səviyyənin üzərində möhkəmlənərsə, bu zaman qlobal artım dalğasının yenidən bərpa olunması haqqında danışa bilərik. 


Qeyd etmək lazımdır ki, avronun qiyməti 1.1427/05$ səviyyələri üzərində qaldıqca, sonuncu ucuzlaşması korrektiv qiymətləndirilirdi. 


Bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da treyderlərin diqqət mərkəzindədir.