EUR/USD məzənnəsi 1.1471$-a kimi ucuzlaşdı

31 Yanvar 2019

Dünya birjalarında dolların dəyər itirməsi, avroya olan tələbi son günlər artırmışdı. Bu gün isə mənfi fundamental göstəricilərlə ucuzlaşmağa başladı.

EUR/USD məzənnəsi 1.1471$-a kimi ucuzlaşdı

EURUSD məzənnəsi çərşənbə günü dünya birjalarında dolların dəyər itirməsi fonunda 1.1501$-a kimi bahalaşdı. 1.1508 səviyyənin isə gün ərzində məzənnə üçün önəmli müqavimət səviyyəsi rolunu oynayacağı proqnozlaşdırılırdı. 


Avro/Dollar valyuta cütlüyünün qiyməti Avropa sessiyasında 1.1514$-a kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Bunun əsas səbəbi gün ərzində Almaniya və Avrozona iqtisadiyyatına dair mənfi göstəricilərin açıqlanmasıdır. Məzənnənin 1.1474$-ı da aşağı istiqamətdə qırması, korreksiyanın dərin ola biləcəyi ehtimalları artırıb. 


Təhlillərə əsasən, EUR/USD valyuta cütlüyünün qiyməti 1.1508$-ın altında qaldıqca, 1.1447 və 1.1405$-a kimi də ucuzlaşa bilər.