EUR/USD məzənnəsi günün maksimumunu yenilədi

28 Yanvar 2019

Beynəlxalq maliyyə bazarlarında avronun qiyməti günün ikinci hissəsində başlatdığı artım dalğasını Amerika sessiyasında da davam etdirməkdədir.

EUR/USD məzənnəsi günün maksimumunu yenilədi

EUR/USD məzənnəsi günün önəmli müqavimət səviyyəsini qıraraq, maksimum səviyyəsini yenilədi. Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draqinin parlamentdə çıxışından sonra 1.1404$-a kimi ucuzlaşan məzənnə yenidən bahalaşmağa başlayıb. 1.1430$-ı da yuxarı istiqamətdə qıran məzənnə, bu səviyyənin üzərində möhkəmlənərsə, 1.1462 və 1.1489$-a kimi də bahalaşa bilər. 


Qeyd etmək lazımdır ki, gün ərzində Avrozonada pul dövriyyəsinin artması və Breksit ilə bağlı müsbətə xəbərlərin yayımlanması, avroya dəstək olan əsas hadisələrdir.