EUR/USD məzənnəsində artım trendi qorunur

10 Oktyabr 2019

Son günlər beynəlxalq maliyyə bazarlarında EUR/USD məzənnəsində artım istiqamətində hərəkətlilik müşahidə olunur.

EUR/USD məzənnəsində artım trendi qorunur

Son günlər EUR/USD məzənnəsində artım istiqamətində hərəkətliliyin səbəbi dollar indeksinin beynəlxalq birjalarda təzyiq altında qalmasıdır. Məzənnənin qrafikinə nəzər yetirdikdə, qiymət artıq 1.1005$ həddinin üzərində ticarət olunur və qiymət bu səviyyənin üzərində qalarsa, qiymətin 1.1075$ həddinədək bahalaşa biləcəyi proqnozlaşdırılır.