EUR/USD məzənnəsində bahalaşma diqqət mərkəzində

20 Fevral 2019

Beynəlxalq valyuta birjalarında avroya olan tələbin artması, treyderlərin diqqət mərkəzindədir və dollar da ucuzlaşmaqdadır.

EUR/USD məzənnəsində bahalaşma diqqət mərkəzində

Avroya tələbin artması, Dolların ucuzlaşması. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir. Təhlillərə əsasən, foreks bazarlarında dolların qiymətləri 0.5% də ucuzlaşa bilər.

Son günlər Avrozona iqtisadiyyatına dair fundamental göstəricilərin yaxşı açıqlanması, avroya olan tələbin artmasına səbəb ola bilər.


EUR/USD 1.14$-a kimi 0.8% bahalaşa bilər. 

Beləliklə, EUR/USD məzənnəsi də 1.13$-ın üzərində qaldıqca, 1.14$-a kimi 0.8% bahalaşa bilər.


Almaniya və ABŞ-dan önəmli göstəricilər yayımlanacaq. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 11:00 və 23:00-da müvafiq olaraq açıqlanacaq Almaniyanın istehsal qiymətləri indeksi və Amerika Mərkəzi Bankının toplantı protokolu da investorların diqqət mərkəzindədir.