EUR/USD məzənnəsində bahalaşma sürətləndi

05 Fevral 2019

Beynəlxalq valyuta birjalarında avronun qiymətində müşahidə edilən sonuncu bahalaşma Amerika sessiyasında daha da sürətlənib.

EUR/USD məzənnəsində bahalaşma sürətləndi

Amerika sessiyasının açılması EUR/USD məzənnəsinin bahalaşması daha da sürətlənib. Avropa sessiyasında 1.1411$-a kimi ucuzlaşdıqdan sonra açıqlanan müsbət fundamental göstəricilər fonunda dəstək alan məzənnə, Amerika sessiyasında daha da bahalaşıb. Belə ki, Avrozonanın xidmət sektoruna dair işgüzar indeksi gözlənilənlərdən yaxşı açıqlanıb. 


Avronun fevral ayının başlaması ilə 0.7% ucuzlaşmasının 1.1405$ dəstək səviyyəsinin qırılmasına çatmaması, maliyyə bazarlarında qlobal artım dalğasının bərpa olunacağı ehtimallarını daha da gücləndirib. Bu ehtimallar hal-hazırda Amerika sessiyasında müşahidə edilən bahalaşma fonunda daha da güclənsə də bu haqda danışmaq tezdir və sonuncu eniş dalğası günün dəstək səviyyəsinin qırılması ilə yenidən sürətlənə bilər. 


Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1439$-ı da yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, 1.1454 və 1.1474$-a kimi də bahalaşa bilər. 


Yuxarıdakıları nəzərə alaraq, alternativ proqnozlar də diqqət mərkəzində saxlanılmalıdır. Belə ki, avro yenidən ucuzlaşaraq, günün minimum səviyyəsini - 1.1411-1.1401$ dəhlizini qırarsa, 1.1374$-a kimi də ucuzlaşa bilər.


Bu baxımından bu gün Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq Amerikanın xidmət sektoru ilə bağlı önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilməkdədir.