EUR/USD məzənnəsində güclü bahalaşma

31 Yanvar 2019

Beynəlxalq valyuta birjalarında dolların dəyər itirməsi, avronun da bahalaşmasına səbəb olub və daha da bahalaşa biləcəyi proqnozlaşdırılır.

EUR/USD məzənnəsində güclü bahalaşma

EURUSD məzənnəsi çərşənbə günü dünya birjalarında dolların dəyər itirməsi fonunda 1.1501$-a kimi bahalaşıb. 1.1508 səviyyə isə gün ərzində məzənnə üçün önəmli müqavimət səviyyəsi rolunu oynaya bilər. Avronun bahalaşmasına təsir edən amil dolların ucuzlaşması ilə avroya tələbin artmasıdır. 


Təhlillərə əsasən, EUR/USD valyuta cütlüyünün qiyməti 1.1508$-ın üzərində möhkəmlənərsə, 1.1540 və 1.1569$-a kimi də bahalaşa bilər. Bundan sonraki artım istiqamətli daha uzaq hədəf isə 1.1643$-dır