EUR/USD məzənnəsində 1.1354$ qırıla bilər

25 Yanvar 2019

EUR/USD məzənnəsi cümə axşamı qarşılaşdığı güclü eniş dalğasından sonra bahalaşmağa başlayıb və investorlar 1.1354$-ı gözləyirlər.

EUR/USD məzənnəsində 1.1354$ qırıla bilər

Avronun qiyməti Avropa Mərkəzi Bankının sədri Mario Draqinin açıqlamalarından sonra 1.1288$-a kimi ucuzlaşmışdı. Sözügedən səviyyədə müqavimətlə rastlaşan qiymət, cümə günü bahalaşaraq, artıq 1.1335$-a ticarət edilməkdədir. 


Təhlillərə əsasən, qiymət 1.1354$ səviyyəsi altında qaldıqca, bahalaşma korrektiv qiymətləndirilir və eniş dalğasına davam edə biləcəyi proqnozlaşdırılır. 


1.1354$ yuxarı istiqamətində qırıldıqdan sonra bahalaşma 1.1394 və 1.1424$-a kimi də sürətlənə bilər.