EUR/USD məzənnəsində ucuzlaşma

04 Aprel 2019

Breksit riski və cümə günü ABŞ-dan açıqlanacaq önəmli fundamental göstəricilər öncəsi dollarda bahalaşma, EUR/USD məzənnəsini ucuzlaşdırır.

EUR/USD məzənnəsində ucuzlaşma

EUR/USD məzənnəsi Avropa sessiyasında 1.1247$-da müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. 


Avronun ucuzlaşmasına səbəb foreks bazarlarında Breksit riskləri və cümə günü ABŞ-ın əmək bazarı ilə bağlı açıqlanacaq önəmli fundamental məlumatlar fonunda dollara olan tələbin artmasıdır. 


Təhlillərə əsasən, EUR/USD valyuta cütlüyünün iyməti 1.1214$-ı aşağı istiqamətdə qıraraq, altında qalarsa, 1.1175 və 1.1139$-a kimi də ucuzlaşa bilər.