EUR/USD məzənnəsində yeni maksimumlar

29 Yanvar 2019

Beynəlxalq valyuta birjalarında avronun bazar ertəsinin müqavimət səviyyəsini qırması, alış əməliyyatlarının həcmini daha da artırıb.

EUR/USD məzənnəsində yeni maksimumlar

EUR/USD məzənnəsində sonuncu dəfə müşahidə edilən korreksiyadan sonra növbəti bahalaşma dalğası başlayıb. Dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma və avroya olan tələbin artması, EUR/USD məzənnəsinin cari həftənin maksimum səviyyəsini qırması ilə nəticələnib. Bu, məzənnənin daha da bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.


Təhlillərə əsasən, avro/dollar 1.1389$-ın üzərində qaldıqca, 1.1489$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.