EUR/USD məzənnəsində yeni minimumlar

24 Yanvar 2019

EUR/USD məzənnəsi Avrozona iqtisadiyyatına dair açıqlanan zəif göstəricilərdən sonra ucuzlaşaraq, son iki həftənin minimum səviyyəsini qırıb.

EUR/USD məzənnəsində yeni minimumlar

Avrozona, xüsusilə də Almaniyanın işgüzar mühitini ölçən indekslərin gözləniləndən zəif açıqlanması, avroda müşahidə olunan ucuzlaşmanı daha da sürətləndirib. 


Avro/Dollar valyuta cütlüyünün qiyməti yanvar ayının 22-də 1.1335$-dan dəstək aldıqdan sonra 1.1394$-a kimi bahalaşmışdı. Bu gün yenidən ucuzlaşmağa başlayan qiymət  gözləniləndən zəif yayımlanan fundamental göstəricilərdən sonra daha da sürətlənərək, 1.1329$-a çatıb. Təhlillərə əsasən, qiymət 1.1309 və 1.1269$-a kimi də ucuzlaşa bilər.