EUR/USD məzənnəsinə ilkin həftəlik baxış

04 Fevral 2019

Beynəlxalq valyuta bazarlarında avronun qiyməti artan siyasi və iqtisadi risklər fonunda təzyiq altında qalmaqda davam edir.

EUR/USD məzənnəsinə ilkin həftəlik baxış

EUR/USD cütlüyündə texniki mənzərəyə nəzər yetirsək, qrafikdə 1.1500 - 1.1300 aralığının qorunduğunun şahidi oluruq. Ötən həftə qiymətlər Amerika Mərkəzi Bankının (FED) toplantısı fonunda 1.1513 qiymətinə qədər bahalaşda da həmin səviyyədə möhkəmlənə bilmədi. Avropa iqtidadiyyatı ilə bağlı zəif göstəricilərin açıqlanması, avronu zəiflədə bildi. Bildiyimiz kimi, İtaliya iqtisadiyyatı texniki resesyona daxil oldu. Fransada iğtişaşçıların yaratdığı ağır təsir hələ də qalmaqdadır. Breksit məsələsində isə hələ də yekun qərara gəlinməyib.


Qısa müddətli bazarlar hələ də 1.1500 səviyyəsinin altında qalmaqla, geri dönüş siqnalları verir. Bu gün Bakı vaxtı ilə 13.30-da "Sentix"-dən istehlakçı inam indeksi xəbəri açıqlanacaq və bu xəbər bazara az da olsa, təsir göstərə bilər. 19.00-da isə Amerikadan fabrik satışları xəbərlərini izləmək olar. Lakin həftənin sonları ilə müqayisədə əvvəlləri üçün daha zəif hərəkətlilik gözlənilir.