EUR/USD: Ucuzlaşma dalğasının təsirləri sıfırlandı

13 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında avronun qiymətində bahalaşmanın 1.13$-ın üzərində ticarət olunmasına səbəb olması, treyderlərin diqqət mərkəzində.

EUR/USD: Ucuzlaşma dalğasının təsirləri sıfırlandı

EUR/USD məzənnəsində bahalaşmanın cari həftə ərzində cümə axşamının müqavimət səviyyələrinə kimi davam etməsi, investorların diqqət mərkəzindədir. 


Keçən həftənin cümə axşamı Avropa mərkəzi bankı yumşaq monetar siyasəti fonunda yeni qərarlar aldığını açıqlamış və iqtisadiyyata dəstək olmaqda davam edəcəyini açıqlamışdır. Bundan sonra avronun məzənnələrində 1%-dən çox ucuzlaşma müşahidə edilməklə, son bir il yarımın minimum səviyyələrini yeniləmişdi. Lakin bununla kifayətlənən "Ayılar" satış əməliyyatlarını bağlamağa başladılar və nəticədə bugünə kimi avronun qiymətlərində bahalaşma davam edir. 


Təhlillərə əsasən, avronun qiyməti Avropa sessiyasının dəstək səviyyəsi üzərində qaldıqca, 1.1326$-a kimi davam edə bilər. 

 

Daha uzun müddətli perspektivdə EUR/USD məzənnəsinin 1.1513$-a kimi bahalaşmasını müdafiə edən treyderlər də az deyil. 


Bununla yanaşı bu gün İngiltərə parlamentində keçirilməsi gözlənilən sazişsiz Breksit səsverməsi də investorların diqqət mərkəzindədir. 


Qeyd etmək lazımdır ki, AMB-nin yumşaq monetar siyasətini genişləndirməsi qərarı (faizlərin artırılmasının təxirə salınması, banklara uzun müddətli sərfəli kreditlər təklif etməsi) Avropanın səhm bazarlarında müsbət qarşılanıb və DAX indeksində bahalaşma yeni maksimumlara səbəb olub. 


Beləliklə, AMB-nin qərarının müsbət təsirləri özünü gələcək aylarda fundamental məlumatlarda da göstərərsə, avronun bahalaşması daha da sürətlənə bilər.