EUR/USD və GBP/USD təzyiq altındadır

11 Fevral 2020

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma davam edir.

EUR/USD və GBP/USD təzyiq altındadır

EUR/USD və GBP/USD məzənnələri də ucuzlaşmaqda davam edir. Xüsusilə də Avropa Mərkəzi Bankının faiz azalda biləcəyinə dair ehtimallar, avronun ucuzlaşmasına səbəb olur. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:30-da İngiltərədən açıqlanacaq inkişaf və sənayə istehsalına dair önəmli fundamental göstəricilər və saat 19:00-da FED sədrinin parlamentdə verəcəyi hesabat, investorların diqqət mərkəzindədir.