EUR/USD və GBP/USD ucuzlaşmaqda

07 Fevral 2019

Beynəlxalq valyuta birjalarında Avrozona və İngiltərə iqtisadiyyatlarında müşahidə edilə zəifləmə avro və funtun ucuzlaşmalarına təsir etməkdədir.

EUR/USD və GBP/USD ucuzlaşmaqda

Dünya valyuta birjalarında avro və funt kimi aparıcı valyutaların ucuzlaşması, dollara olan tələbin artmasına səbəb olur. Avrozona iqtisadiyyatında yavaşlama və Breksit kimi siyasi risklərin artması, 1.14$-ın altında ticarət edilən EUR/USD və 1.29$-a ticarət edilən GBP/USD məzənnələrinə təzyiq edən əsas amillərdir.


“BoE” faiz qərarı və Tereza Mey Brüsselə gəlir. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:00-da açıqlanacaq İngiltərə Mərkəzi Bankının faiz qərarı da böyük maraqla gözlənilməkdədir. İngiltərənin baş naziri Tereza Meyin bu gün baş tutacaq Avropa komissiyasının sədri ilə görüşü də investorların diqqət mərkəzindədir.