18.03.2020 EUR/USD və GBP/USD ucuzlaşmaqda

18.03.2020
Beynəlxalq Birjaların cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

18.03.2020 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



EUR/USD və GBP/USD məzənnələri təzyiq altında. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin və əlvan metallar bazarlarında qızılın bahalaşdığı müşahidə edilir. 

EUR/USD və GBP/USD məzənnələri də nəticədə minimumlarını yeniləməkdədirlər və daha da ucuzlaşacaqları proqnozlaşdırılır. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 14:00-da Avrozonadan ticarət və inflyasiya, saat 16:30-da ABŞ-dan tikinti sektoru ilə bağlı önəmli fundamental göstəricilər açıqlanacaqdır.