EUR/USD və Qızılda ucuzlaşma

30 May 2019

Avro kimi aparıcı valyutaların və qızılın ucuzlaşaraq, dəstək səviyyələrini qırmaları və dolların bahalaşması investorların diqqət mərkəzindədir.

EUR/USD və Qızılda ucuzlaşma

Foreks bazarlarında dollara tələb güclü olaraq qalır. 

Avropa parlamentində seçkilərin müsbət nəticələnməsinə baxmayaraq, avro siyasi və iqtisadi risklərin mövcudluğu şəraitində təzyiq altında qalmaqda davam edir.

Bu, dünya valyuta birjalarında dollara olan tələbin yenidən artmasına səbəb olur. Belə ki, EUR/USD məzənnəsi yenidən 1.12$-ın altında ticarət edilməkdədir və 1.1107$-a kimi də ucuzlaşa bilər.

Əlvan metallar bazarlarında da qızılın qiyməti ucuzlaşmaqdadır və 1276$ da aşağı istiqamətdə qırılarsa, ucuzlaşma 1274 və 1269$-a kimi davam edə bilər.


ABŞ-ın birinci rüb üzrə inkişaf göstəriciləri açıqlanacaq. 

Bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın birinci rüb üzrə inkişaf göstəricilərinə dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.