EUR və GBP martın maksimumlarında ticarət edilirlər

28 Mart 2018

Avro, funt sterlinq və digər aparıcı valyutaların dollara nisbətən məzənnələrində ucuzlaşma, qısa müddətli dalğalanma kimi qiymətləndirilir.

EUR və GBP martın maksimumlarında ticarət edilirlər

Dünya valyuta birjalarında  aparıcı valyutaların dollara nisbətən məzənnələri qismən ucuzlaşsa da, mart ayının maksimum səviyyələri ətrafında ticarət edilməkdədirlər. Qeyd etmək lazımdır ki, Amerika Mərkəzi Bankının faiz qərarının şərhindən sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmağa başlayıb. Belə ki, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq, 1.24$ və 1.42$ ətrafında dalğalanırlar və qiymətlər müvafiq olaraq 1.2531$ və 1.4345$-a kimi də bahalaşa bilərlər.


Əlvan metallar bazarlarında da qızıl qiymətləri  mart ayının maksimum səviyyəsi üzərində təklif edilməkdədir və qızılın bir unsiya üzrə qiymətinin 1366$-a kimi də dəyər qazana biləcəyi proqnozları aktuallığını qorumaqdadır.