EUR və GBP qiymətləri təzyiq altından çıxa bilmir

29 Mart 2018

Avrozona iqtisadiyyatı ilə bağlı zəif fundamental göstəricilərin və “BREXIT” fonunda risklərin mövcudluğu, investorları ehtiyatlandırır.

EUR və GBP qiymətləri təzyiq altından çıxa bilmir

Dünya valyuta birjalarında  aparıcı valyutaların dollara nisbətən məzənnələri ucuzlaşmaqda davam edir. Avrozona iqtisadiyyatı ilə bağlı zəif fundamental göstəricilərin və “BREXIT” fonunda risklərin mövcudluğu, avro və funt sterlinqin qiymətlərinə mənfi təsir etməkdədir.


Belə ki, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq, 1.23$ və 1.41$ ətrafında dalğalanırlar. Təhlillərə əsasən, avro 1.2400$-ın altında qaldıqca, 1.2230$, funt isə 1.4200$-ın altında qaldıqca, 1.3860$-a kimi də ucuzlaşa bilərlər.


Qızıl yenidən 1293$-a kimi dəyər itirə bilər. 

Əlvan metallar bazarlarında da qızıl qiymətləri ucuzlaşıb və qızılın bir unsiya üzrə qiymətinin 1317 və 1293$-a kimi də dəyər itirməkdə davam edə biləcəyi proqnozları güclənməkdədir.