EUR və GBP: Ucuzlaşma qlobal trendə təhdid deyil

16 Mart 2018

Foreks bazarlarında dolların qiymətində cümə axşamı müşahidə edilən bahalaşma, bazar iştirakçıları tərəfindən hələ ki ciddi dalğalanma kimi qəbul edilmir.

EUR və GBP: Ucuzlaşma qlobal trendə təhdid deyil

Aparıcı valyutaların dollara nisbətən məzənnələri son bir gün ərzində 0.7% ucuzlaşsalar da cari həftənin və keçən həftənin minimum səviyyələri üzərindədirlər və bu, qiymətlərin yenidən bahalaşa biləcəyi proqnozlarının aktuallığını daha da gücləndirir. Belə ki, EUR/USD məzənnəsi 1.23$-ın, GBP/USD məzənnəsi isə 1.39$-ın üzərində ticarət edilməkdədirlər.


Avrozonadan inflyasiya açıqlanacaq. 

Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 14:00-da beynəlxalq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb ola biləcək, Avrozonanın inflyasiya göstəricisinin açıqlanması gözlənilir.


Qızıl qiymətləri 1313$-a kimi ucuzlaşdı. 

Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti yenidən 1313$-a kimi dəyər itirsə də,  bu gün səhər üzərində möhkəmlənərək, 0.3% bahalaşıb.