EUR və TRY məzənnələri diqqət mərkəzində

12 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün Türkiyə və ABŞ-dan açıqlanacaq önəmli fundamental məlumatlar fonunda volatilliyin daha da artması gözlənilir.

EUR və TRY məzənnələri diqqət mərkəzində

Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə mərkəzi bankının faiz qərarı və pul kredit siyasətinə dair açıqlamaları və saat 16:30-da Amerikanın inflyasiyası ilə bağlı önəmli fundamental məlumatlar açıqlanacaqdır.


Beynəlxalq valyuta birjalarında yuxarıdakı iki önəmli hadisə fonunda dolların aparıcı valyutalara nisbətən qiymətlərində dalğalanmanın daha da artması gözlənilir.


Təhlillərə əsasən, 1.13$-a ticarət edilən EUR/USD məzənnəsi, keçən həftənin maksimum səviyyəsini qırarsa, 1.14$-a kimi də bahalaşa bilər.


USD/TRY məzənnəsi isə 5.80TL-yə ticarət edilir və keçən həftənin minimum səviyyəsinə - 5.66TL-yə kimi ucuzlaşa bilər.