EUR: Yunanistana kredit yardımı diqqət mərkəzində

23 Yanvar 2018

Bu gün Avroqrupda Yunanıstana mövcud üçüncü yardım paketi çərçivəsində növbəti milyard avroluq ödənişin edilməsi müzakirələrinin son günüdür.

EUR: Yunanistana kredit yardımı diqqət mərkəzində

Avropa iqtisadiyyatı ilə bağlı müsbət məlumatların açıqlanması, dünya birjalarında avroya olan inamın güclü qalmasına səbəb olur. Belə ki, Yunanıstana növbəti maliyyə yardımı köçürməsinin təsdiqlənəcəyi gözləntilərinin yüksək olması, avronun 1.2270$-a kimi 0.5% bahalaşmasına səbəb olub.

EUR/USD məzənnəsində artım dalğasının daha da güclənməsi üçün 1.2305$-ın üzərində möhkəmlənməsi önəmlidir. Bundan sonra qiymət 1.2463$-a kimi də bahalaşa bilər.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 14:00-da Almaniya iqtisadiyyatının gələcək gözləntiləri ilə bağlı fundamental məlumatların da açıqlanması gözlənilir.

Qızılda 0.7%-lik bahalaşma. 

Əlvan metallar bazarlarında da qızılın qiymətində 1337$-a kimi 0.7%-lik bahalaşma müşahidə edilib. Qiymət yenidən 1345$-a kimi bahalaşarsa, artım dalğası 1357$-a kimi də sürətlənə bilər.