EURGBP 0.8619₤ qırılarsa, 0.8585₤-a kimi ucuzlaşa bilər

11 Mart 2019

Beynəlxalq valyuta birjalarında Almaniya ilə bağlı fundamental göstəricilərin mənfi açıqlanması, EUR/GBP məzənnəsinin ucuzlaşmasına səbəb olub.

EURGBP 0.8619₤ qırılarsa, 0.8585₤-a kimi ucuzlaşa bilər

EUR/GBP məzənnəsi cümə günü Avropa mərkəzi bankının monetar siyasətinə dair yeni qərarlar açıqlamasından sonra 0.8654 funta kimi bahalaşmışdır. Bahalaşma bazar ertəsi davam etsə də 0.8675 funtda müqavimətlə rastlaşıb və 0.8627 funta kimi ucuzlaşıb. 


Almaniyanın sənaye istehsalı ilə bağlı fundamental göstəricilərin zəif açıqlanmasından sonra foreks bazarlarında avronun qiymətlərinə qarşı təzyiqlər daha da artıb. 


Təhlillərə əsasən, qiymət 0.8619 funtu da aşağı istiqamətdə qırarsa, 0.8585 funta kimi ucuzlaşa bilər.