Faiz qərarı öncəsi aktivlik

12 Sentyabr 2019

Dünən Almaniyanın inkişaf gözləntiləri haqda iqtisadiyyat institutlarının inkişaf proqnozlarını aşağı salması avroda ticarət aktivliyini artırıb.

Faiz qərarı öncəsi aktivlik

Dünən Almaniyanın inkişaf gözləntiləri haqda iqtisadiyyat institutlarının Almaniyanın inkişaf proqnozlarını aşağı salması EUR/USD cütlüyündə həftənin əvvəlindən davam edən sakitliyi pozdu. Belə ki, 1.1050 səviyyələrində ticarət edilən cütlük gün sonu 1.0990 səviyəsini gördü. 



Bu gün isə Bakı vaxtı ilə 15:45 -də Avropa Mərkəzi Bankının faiz qərarı açıqlanacaq. Qərarda depozit faizlərinin -0.4%-dən -0.5% endiriləcəyi gözlənilir. Gözlənti fonunda məzənnədə yüksək volatilliyin olacağı ehtimal edilir. Cütlükdə 1.0990, 1.0961, 1.0926 dəstək səviyyələri, 1.1083 isə müqavimət həddi kimi aktuallığını qoruyur.