FED 2019-ci ildə üç faiz artımı planlaşdırır

26 Sentyabr 2018

FED-in bu və gələn il üzrə faiz artımı təxminləri maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb olub.

FED 2019-ci ildə üç faiz artımı planlaşdırır

Amerika Mərkəzi Bankı (FED) maliyyə bazarlarında proqnozlaşdırıldığı kimi iki gün davam edən toplantının sonunda faiz artımı qərarını verdi. Beləliklə, faiz dəhlizinin yuxarı sərhədi 2.00%-dən 2.25%-ə kimi yüksəldilməklə cari il ərzində üçüncü artımın şahidi oluruq. 


Bununla yanaşı, FED açıqlamasında bu ilin sonuna kimi cəmi dörd və 2019-ci il ərzində üç faiz artımı təxmin edir. 


Məlumatların açıqlamasından sonra dolların qiymətlərində bahalaşma başlayıb. Bundan əlavə maliyyə bazarlarında Bakı vaxtı ilə saat 22:30-da baş tutacaq mətbuat konfransı da diqqət mərkəzindədir. 


Qeyd etmək lazımdır ki, investorlar sentyabr ayı faiz artımından daha çox monetar siyasətçilərin dekabr ayına və 2019-ci ilə dair gözləntiləri idi.