FED ABŞ iqtisadiyyatı ilə bağlı nikbin olsa da, faiz artımı qərarında tələsməyib

28 İyul 2016

Komitənin toplantı protokolunun yayımlanmasını gözləmək və daha çox ABŞ iqtisadiyyatı ilə bağlı açıqlanan göstəricilərə önəm vermək lazımdır

FED ABŞ iqtisadiyyatı ilə bağlı nikbin olsa da, faiz artımı qərarında tələsməyib

ABŞ Federal Ehtiyat Sistemi (FED) ABŞ iqtisadiyyatı ilə bağlı nikbin olsa da, faiz artımı qərarında tələsməyib.

 

Dünən Bakı vaxtı ilə saat 22:00-da böyük maraqla gözlənilən FED-in faiz qərarı açıqlanıb və gözlənildiyi kimi hər hansı bir dəyişiklik olmayıb v'ə faiz dərəcələri 0.25 - 0.50% aralığında saxlanılıb.

 

Lakin FED-in pul kredit siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin (FOMC) çərşənbə günü etdiyi açıqlamada ABŞ iqtisadiyyatı ilə bağlı nikbin mövqe sərgilənib. Bildirilib ki, ABŞ iqtisadiyyatı inkişaf etməkdədir və iqtisadiyyat üçün qısa müddətli risklər azalıb. Eyni zamanda, əmək bazarında vəziyyət daha da yaxşılaşır və inflyasiyanın orta müddət ərzində 2%-a yaxışlaşacağı gözlənilir.

 

FED-in faiz qərarından sonra dollar ucuzlaşıb. Qərarın açıqlaması zamanı dünya maliyyə bazarlarında güclü hərəkətlilik müşahidə edilməsə də, növbəti saatlar ərzində dollar avroya qarşı ucuzlaşmağa başladı. Belə görünür ki, investorlar yaxın zamanda faiz artımının olacağına inanmırlar.

 

Lakin qərar verərkən, komitənin toplantı protokolunun yayımlanmasını da gözləmək və daha çox ABŞ iqtisadiyyatı ilə bağlı açıqlanan göstəricilərə önəm vermək lazımdır.