FED açıqlamaları və Qızıl qiymətləri

11 İyun 2020

Avro və Funtda korreksiyanın müşahidə edilməsi ilə yanaşı, FED-in yumşaq siyasətinin uzun müddət davam etməsi açıqlamaları qızılı daha da bahalaşdırıb.

FED açıqlamaları və Qızıl qiymətləri

Beynəlxalq valyuta birjalarında Avrozonanın açıqlanacaq fundamental göstəriciləri və avronun gələcək trendi fonunda ehtiyatlı proqnozlar, korreksiyasına səbəb olmaqdadır. Breksit iqtisadi sazişi fonunda danışıqların da çətin keçməsi, İngiltərə hökümətini çətin vəziyyətdə qoymaqla yanaşı, funtun qiymətində də korreksiyalara səbəb olur. 


FED-in açıqlamalarından sonra Qızıl daha da bahalaşdı. 

Əlvan metallar bazarlarında isə qızılın qiyməti isə bahalaşmaqda davam edir. Buna səbəb isə Amerika Mərkəzi Bankının (FED) 2022-ci ilə kimi faiz artırmayacağını bəyan etməsi ilə yanaşı, sözügedən müddət ərzində inflyasiyanın da 1.7%-ə kimi artacağını proqnozlaşdırması olub. 

Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1744$-ın qırılması ilə 1765$-a kimi də dəyər qazana bilər.