FED: Aşağı inflyasiya müvəqqətidir

23 May 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən FED protokolunda müsbət açıqlamalar investorların diqqət mərkəzindədir.

FED: Aşağı inflyasiya müvəqqətidir

Amerika mərkəzi bankı (FED) monetar siyasətilə səbrli davranmaqda davam edəcəkdir. Bu haqda çərşənbə günü yayımlanan FED-in toplantı protokolunda məlumat verilir. 


Faizlərin gələcək iqtisadi vəziyyətə uyğunlaşdırılması istiqamətində bir müddət səbrli davranmağın düzgün olmasını müdafiə edən bank üzvləri, iqtisadi inkişafın və məşğulluğun artmasının zəifləməsi üzərindən də xətt çəkiblər. 


Bununla yanaşı, inflyasiya dinamikası zəif olaraq qalmaqdadır və sonuncu göstəricilər də proqnozların altında açıqlanıb. Lakin əksər idarə heyəti üzvləri inflyasiyada geriləməni müvəqqəti hesab edir.