FED balansını məhdud həcmdə azaldacaq

01 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Jerom Povelin sonuncu açıqlamaları investorların diqqət mərkəzindədir və əsas mövzu balansın azaldılmasıdır.

FED balansını məhdud həcmdə azaldacaq

Amerika Mərkəzi Bankının (FED) sədri Jerom Povel çərşənbə axşamı parlament qarşısında çıxışı zamanı bildirib ki, büdcə balansının azaldılmasını bu ilin sonuna kimi bitirmək iqtidarındadırlar. Planın şərtlərinin artıq hazır olduğunu və yaxın zamanlarda buna dair açıqlama edəcklərini əlavə edib. 


Balansın Amerika iqtisadiyyatının ümumi daxili məhsulunun 16-17% səviyyəsində olacağını bildirən sədr, 3.2-3.4 trilyon dollara kimi azala biləcəyini dəqiqləşdirib. Bununla da FED-in büdcəsində saxlanılan aktivlərin həcmi, 10 il bundan əvvəl maliyyə böhranından əvvəlki dövrün göstəricisinin üzərində olacaqdır. Bu göstərici isə o zaman Amerika iqtisadiyyatının 6%-inə bərabər idi. 


Son göstəricilərə əsasən, hər ay 50 milyard dollar dəyərində aktivlər azaldılaraq, büdcədə yığılan aktivlərin həcmi təqribən 4 trilyon dollara çatıb. 


Bununla yanaşı, sədr səbrli olmağı müdafiə edib. 


Qeyd etmək lazımdır ki, FED sonuncu dəfə saxladıqları istiqrazlarının həcminin azaldılmasını bu il bitirəcəklərini artıq bildirmişdilər. Birinci bank maliyyə böhranından sonra iqtisadiyyata dəstək olmaq üçün bankların istiqrazlarını almağa başladı və büdcəyə yığılan aktivlərin həcmi 4.5 trilyon dollara çatmışdı.