“FED” daha sərt faiz endiriminə gedə bilər

22 Avqust 2019

ABŞ Federal Ehtiyyatlar Sistemi (FED) son iclasında faiz nisbətlərinin daha kəskin azalmasını müzakirə etdi.

“FED” daha sərt faiz endiriminə gedə bilər

ABŞ Federal Ehtiyyatlar Sistemi (FED) son iclasında faiz nisbətlərinin daha kəskin azalmasını müzakirə etdi.

FED-in 30-31 iyul tarixlərində keçirilmiş və faiz dərəcələrinin 0.25% endirildiyi iclasının protokolları dərc edildi. Protokolda qlobal iqtisadi yavaşlama, ticarət gərginliyi və aşağı inflyasiya ilə bağlı narahatlıqlar öz əksini tapmışdır. 

"Bəzi iştirakçılar 0.50%-lik faiz endirimini dəstəklədiklərini bəyan etdi" - qeyd edilmiş protokollarda bu mövqeniyini müdafiə edənlərin inflyasiyanın çox aşağı olduğuna görə narahtlıq duyduqları ifadə edilmişdir.

Eyni zamanda, protokollara görə, siyasətçilər, faiz dərəcələrinin daha da endirilməsini planlaşdırdıqları təəssüratını vermək istəmədiklərini dilə gətirmişlər.

Protokollarda, “İştirakçılar ümumiyyətlə pul-kredit siyasətinin daxil olan məlumatları rəhbər tutacağı və əvvəlcədən təyin edilmiş fəaliyyət kursuna əsaslandıqları görüntüsündən yayınacaq bir yanaşmanı dəstəklədilər." deyilir.

İclasda, FED-in pul siyasəti yanaşmasında mümkün dəyişikliklər barədə araşdırılma aparılması gərəkdiyi də müzakirə edildi. Bir çox üzvün FED-in 2007-2009-cu illərdəki tənəzzülə qarşı mübarizə üçün istiqraz alışlarından istifadə etməkdə daha da aqressiv ola biləcəyini söylədi.

Bununla birlikdə, siyasətçilər, FED-in istiqraz alışlarının və gələcəkdə siyasi öhdəliklərin faiz dərəcəsi sıfıra yaxınlaşdıqda siyasi proseslərə mane olmaq riskini aradan qaldırmaq üçün kifayət olmaya biləcəyini söylədi.