FED-dən faiz artımı siqnalları

22 Fevral 2018

Amerika iqtisadiyyatı ilə bağlı gözləntilərin artması, "FOMC" üzvlərində də faiz artımı əminliyini gücləndirib.

FED-dən faiz artımı siqnalları

Amerika Mərkəzi Bankı (FED) əlavə faiz artımları siqnallarını verib. Belə ki, çərşənbə günü yayımlanan FED-in yanvar ayı üzrə toplantı protokolunda bildirilir ki, komitə üzvlərinin əksəriyyəti iqtisadiyyatın güclü inkişafı fonunda faiz artımının davam etdirilməsinin tərəfdarıdır. Yanvar ayının 30-31 aralığında baş tutan toplantıda FED-in monetar siyasətinin müəyyən edən komitə (ing.: "FOMC") uçot faiz dərəcələrinin aşağı və yuxarı sərhədlərini müvafiq olaraq 1.25-1.50% səviyyələrində saxlamışdır. 

FED üzvlərinin çox hissəsi iqtisadi inkişaf dinamikasının güclənməsini vurğulayırlar. Onlarda mərkəzi bankın 2% lik hədəfinə çatacağı əminliyi daha da artıb. 

Maliyyə bazarlarında isə artıq mart ayının 20-21 aralığında baş tutacaq toplantıda faiz artımının həyata keçiriləcəyi gözləntiləri qiymətlərdə öz əksini tapmaqdadır. Belə ki, dolların aparıcı valyutalara nisbətən orta qiyməti 2.2% bahalaşıb.