FED-dən növbəti faiz endirimi

31 Oktyabr 2019

FED iclasının qərar mətnində qeyri-müəyyənliklərin qaldığı və risklərə müvafiq yolunun qiymətləndiriləcəyi vurğulandı.

FED-dən növbəti faiz endirimi

Federal Açıq Bazar Komitəsi (FOMC) oktyabr ayında faiz nisbətlərini gözləntilərə uyğun olaraq 25 bənd azaltdı. Beləliklə, bank faiz nisbətlərini 1.50% - 1.75% aralığına çəkdi. Eyni zamanda FED ehtiyatlara (IOER) tətbiq olunan faiz dərəcəsini 1.80%-dən 1.55%-ə endirdi. 

Oktyabr iclasının qərar mətnində qeyri-müəyyənliklərin qaldığı və risklərə müvafiq yolunun qiymətləndiriləcəyi vurğulandı.

Əmək bazarı və məşğulluqda artımların güclü olduğu deyilən açıqlamada iqtisadi fəallığın orta sürətlə artdığı və istehlakın güclü olduğu ifadə edilib. İnvestisiya və ixracatın zəif qaldığı qeyd edilib.

Bazar əsaslı inflyasiya kompensasiya göstəriciləri aşağı səviyyədə qalsa da, sorğuya əsaslanan inflyasiya gözləntiləri az dəyişdi. FED faiz siyasətində infilyasiya göstəricilərinin izlənməyə davam ediləcəyi vurğulandı..

FED sonuncu faiz artımın gerçəkləşdiyi 2018-ci ilin dekabr ayında baş tutmuş toplantısında bu il üçün sərt monetar siyasətin mərhələli şəkildə yumşaltma siyasəti ilə əvəzlənəcəyini açıqlamışdı. İyun toplantısında isə ilk  faiz endirimi siqnalı gəldi.

11 illik gözləntidən sonra FED ilk dəfə iyul ayında faiz dərəcələrini azaltdı və 2015-ci ildən başlamış olan sərt monetar siyasətin dönəmini sonlandırdı. Ardınca sentyabr və oktyabr aylarında ikinci və üçüncü faiz endirimləri həyata keçirildi.