FED, Dollar və Qızıl

06 Mart 2020

FED-in mart ayında faizini ikinci dəfə azalda biləcəyi ehtimallarının artması nəticəsində EUR, GBP və Qızıl bahalaşmaqda davam edir.

FED, Dollar və Qızıl

Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının (FED) mart ayında növbəti dəfə faiz azaldılmasına gedə biləcəyi ehtimallarının yüksək olması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmaqda davam etməsinə səbəb olmaqdadır. 

EUR/USD və GBP/USD məzənnələri də müvafiq surətdə bahalaşmaqda davam edir. 


ABŞ-dan önəmli göstəricilər açıqlanacaqdır. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarına dair önəmli fundamental məlumatlar da diqqət mərkəzindədir. 


Qızıla tələb artır və bahalaşma 1700$-a kimi davam edə bilər. 

Əlvan metallar bazarlarında isə aşağı faiz siyasətləri fonunda qızıla olan tələb artmaqda davam edir və qızılın qiyməti 1700$-a doğru dəyər qazanmaqdadır.