FED əlavə faiz artımı ehtimallarını gücləndirir

24 Avqust 2018

FED sədri Jerom Povel konfransda çıxışı zamanı son günlər hökümət tərəfindən artan tənqidlərə baxmayaraq, faiz artımı gözləntilərini artırıb.

FED əlavə faiz artımı ehtimallarını gücləndirir

Amerika Mərkəzi Bank (FED) sədri Jerom Povel ABŞ prezidenti Donald Trampın tənqidlərinə baxmayaraq, əlavə faiz artımları haqqında danışıb. İqtisadiyyat inkişaf edir və inflyasiya bankın 2% hədəfinin ətrafındadır, deyə Povel cümə günü Vyominq şəhərində baş tutan konfransda çıxışı zamanı deyib. 


Povel iqtisadi inkişafın artması və işsizliyin azalması fonunda əlavə faiz artımlarını müdafiə edib. Son bir neçə gün öncə Donald Tramp FED-in faiz artımı siyasətini tənqid etmişdi. 


Çıxışdan sonra beynəlxalq valyuta birjalarında gün ərzində 0.5% ucuzlaşan dolların aparıcı valyutalara nisbətən orta qiyməti əlavə olaraq  0.4% ucuzlaşıb.