FED: Əmək haqlarında artım zəif olaraq qalır

31 May 2018

ABŞ iqtisadiyyatında sənayedə istehsalın artması ilə inkişafın mülayimləşdiyi bir şəraitdə, əmək haqlarında artım zəif olaraq qalır.

FED: Əmək haqlarında artım zəif olaraq qalır

Amerika iqtisadiyyatı sənaye sektorunda müşahidə edilən artım hesabına mülayim sürətdə inkişaf etməkdədir. Bununla bağlı çərşənbə günü Amerika Mərkəzi Bankının (FED) iqtisadi hesabatında (ing.: "The Beige Book") məlumat verilir. Hesabata əsasən, sənaye sektorunda artım dinamikasın güclənib. Regionların yarısından çoxunda sənaye istehsalının artımı müşahidə edilir və üçdə bir hissəsində aktivlik güclü qiymətləndirilir.


Əksər regionlarda məşğulluq da mülayim səviyyədən orta səviyyəyə yüksəlib. Lakin əmək haqlarında artım dinamikası zəif olaraq qalmaqdadır. Sahibkarlar arasında aparılan sorğuda isə beynəlxalq ticarət şərtlərinin sərtləşməsi fonunda narahatlıqlar üzə çıxıb. Belə ki, bəzi yerlərdə material xərclərinin artımı dəmir və aliminiumda qiymət artımının nəticəsidir. Ağ Ev sözügedən materiallara yüksək idxal rüsumları tətbiq edir. 


İstehlak xərclərində isə dəyişiklik yoxdur. Bunun səbəbi avtomobil satışlarında artımın olmaması ilə əlaqələndirilir. Lakin burada da qısa müddətli mənzərə müsbətdir. 


Mütəmadi açıqlanan hesabat regionlarda FED-in sahibkarlar arasında apardığı sorğu əsasında hazırlanır və may ayının 21-nə kimi olan müddəti əhatə edir. Hesabatın açıqlanmasından sonra maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində güclü dalğalanma müşahidə edilməsə də, son günlər müşahidə edilən ucuzlaşma qismən dərinləşib.