FED faiz artımında tələsmir

02 May 2018

Amerika Mərkəzi Bankı birinci rüb ərzində iqtisadiyyatda müşahidə edilən yavaşlamanı nəzərə alaraq, ehtiyatlı siyasətinə davam etməkdədir.

FED faiz artımında tələsmir

Amerika Mərkəzi Bankı (FED) çərşənbə günü uçot faiz dərəcələrini dəyişməyib. Açıqlanan qərar əsasən, uçot faiz dərəcələri 1.50-1.75% aralığında saxlanılıb. Maliyyə bazarlarında da qərarın belə veriləcəyi gözlənilirdi. Növbəti faiz artımı bir də iyun ayında proqnozlaşdırılır. Bununla yanaşı, qərarın əsaslandırılmasında iqtisadiyyatın asta faiz artımı dinamikasına ehtiyac olduğu bildirilir. 


ABŞ-da inflyasiyanın 2%-lik hədəf ətrafında olduğu da vurğulanıb və qiymətlərin dayanıqlığı təmin edilib və orta müddət ərzində də cari səviyyələrdə olacağı gözlənilir. 


FED Amerika iqtisadiyyatında birinci rüb ərzində müşahidə edilən durğunluğa da toxunub. Belə ki, çərşənbə günü yayımlanan sənəddə, son aylar iqtisadi inkişafın sürətlənməsi hissələri çıxarılıb. Həmin hissədə sahibkarlıq subyektləri investisiyalarının artdığı yazılıb. 


Birinci rübdə ABŞ iqtisadiyyatı illik müqayisədə 2.3% böyüyüb. 2017-ci ilin dördüncü və üçüncü rüblərində isə bu göstəricilər müvafiq olaraq 2.9% və 3.2% olmuşdur. 


Sonuncu dəfə mərkəzi bank mart ayında uçot faiz dərəcələrinin yuxarı sərhədini 1.50%-dən 1.75%-ə kimi yüksəltmişdi. Beləliklə, 2015-ci ilin sonlarından etibarən başlayan faiz dərəcələrində dönüşdən bugünə kimi 6 dəfə faiz artırılıb. 


Qərarın açıqlanmasına dünya birjalarında dolların qiyməti ucuzlaşma ilə reaksiya verib.