31.10.2019 FED: Faiz artımını müzakirə emədik

31.10.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

31.10.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



FED-in faiz azaldılması ehtimalları artdı. 

Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bank (FED) sədrinin faiz artımının müzakirə edilmədiyini və azaldılması qərarının iqtisadi göstəricilərdən asılı olacağını bəyan etməsi, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olub. 


EUR, GBP və Qızıl bahalaşır. 

Nəticədə EUR/USD 1.12$, GBP/USD məzənnəsi isə 1.29$-a kimi bahalaşıb. 

FED-in faiz azaldılması ehtimallarının artması, əlvan metallar bazarlarında da qızıla olan tələbi artırıb. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1499$-a kimi dəyər qazanıb və 1488$-ın üzərində qaldıqca, 1518$-a kimi bahalaşacağı proqnozlaşdırılır.