FED: Faiz artımını müzakirə etmədik

31 Oktyabr 2019

Dünya valyuta birjalarında FED sədrinin faiz artımının müzakirə edilmədiyini və azaldılması qərarının iqtisadi göstəricilərdən asılı olacağını açıqladı.

FED: Faiz artımını müzakirə etmədik

Amerika Mərkəzi Bank (FED) sədrinin faiz artımının müzakirə edilmədiyini və azaldılması qərarının iqtisadi göstəricilərdən asılı olacağını bəyan etməsi, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olub. 

EUR, GBP və Qızıl bahalaşır. 

Nəticədə EUR/USD 1.12$, GBP/USD məzənnəsi isə 1.29$-a kimi bahalaşıb. 

FED-in faiz azaldılması ehtimallarının artması, əlvan metallar bazarlarında da qızıla olan tələbi artırıb. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1499$-a kimi dəyər qazanıb və 1488$-ın üzərində qaldıqca, 1518$-a kimi bahalaşacağı proqnozlaşdırılır.