FED faiz artırsa da iqtisadiyyat fonunda ehtiyatlanır

20 Dekabr 2018

Beynəlxalq valyuta birjalarında FED-in gələn il üzrə faiz artımı dinamikası fonunda ehtiyatlı danışması, dolların ucuzlaşa biləcəyi ehtimallarını artırıb.

FED faiz artırsa da iqtisadiyyat fonunda ehtiyatlanır

Amerika Mərkəzi Bankı (FED) ABŞ prezidenti Donald Trampın tənqidlərinə baxmayaraq, daha da sərtləşdirib. Lakin gələcək iqtisadi inkişaf və faiz artımı mövzusunda ehtiyatlı mövqe tutub. Siyasi təsirləri də bank sədri inkar edib. Sonuncu dəfə Trampın sərt şərhləri FED-in müstəqilliyi fonunda şübhələri artırmışdı. 


FED-in çərşənbə günü açıqladığı məlumatlara əsasən, uçot faiz dərəcəsinin aşağı və yuxarı sərhədləri 0.25% artırılaraq, 2.25-2.50% aralığında müəyyən olunub. Maliyyə bazarlarında da bu, gözlənilən idi. Gələn ildə bank iki faiz artımı planlaşdırır. Sentyabr ayında üçüncü faiz artımı həyata keçirilmişdi və 2020-ci ildə də bir faiz artımı proqnozlaşdırılır. 


Bununla yanaşı, iqtisadi inkişaf dinamikası fonunda mərkəzi bank tam əmin deyil və cari il üzrə iqtisadi inkişaf səviyyəsi gözləntilərini 3.0%-ə kimi 0.1% azaldıb. Gələn ildə isə 2.3%-lik artım proqnozlaşdırılır. Bugünə kimi isə bu göstərici 2.5% idi. İnflyasiyada artım da bu və gələn il üçün zəif gözlənilir


Bankın pul-kredit siyasətini müəyyən edən komitə (ing.: "FOMC") bugünə kimi "mərhələli faiz artımı"-ndan danışırdısa, artıq "bir neçə mərhələli faiz artımı"-ndan danışır. Neytral faiz səviyyəsi də 3.0%-dən 2.8%-ə kimi azaldılıb. Neytral faiz iqtisadiyyata nə mənfi, nə də müsbət təsiri ilə seçilən faiz səviyyəsidir. Bu göstəricinin aşağı salınması isə ehtiyatlı pul-kredit siyasətinə işarədir


Beləliklə, FED çərşənbə günü həyata keçirtdiyi növbəti faiz artımı ilə cari il üzrə dördüncü və 2015-ci ilin sonundan etibarən isə doqquzuncu faiz artımına getmiş oldu. Bu, bankın müstəqilliyi şübhələrinə də son quymuş olur. 


Maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətləri faiz qərarının açıqlanmasından sonra 0.6% bahalaşsa da yenidən ucuzlaşmağa başlayıb. Foreks bazarlarında dolların ticarət olunduğu cari səviyyələr dördüncü faiz artımının nəzərə alındığı səviyyələrdir. Bundan sonra dolların daha da bahalaşa bilməsi üçün gələcək faiz artımı dinamikası fonunda əminlik artmalıdır. FED isə gələcək faiz artımı dinamikasının iqtisadi inkişaf dinamikasından asılı olacağını bildirib. Bu baxımından investorlar gələcəkdə açıqlanacaq önəmli fundamental məlumatları böyük maraqla gözləməkdədir.