FED faiz azaldılması üçün hazırdır

20 İyun 2019

Beynəlxalq birjalarda Amerika mərkəzi bankının yenidən iqtisadiyyata dəstək olmağa və faiz azaldılmasına hazır olmasını açıqlaması maraqla qarşılanıb.

FED faiz azaldılması üçün hazırdır

Amerika mərkəzi bankı (FED) faiz azaldılması ehtimallarını artırıb və ABŞ iqtisadiyyatına dəstək olmağa hazır olduğunu bildirib. İqtisadi gözləntilər fonunda qeyri-müəyyənliklər artıb, deyə FED çərşənbə günü qərarında açıqlama verib. Bu səbəblə iqtisadiyyatın genişlənməsinə dəstək olmaq üçün yeni məlumatlar dəqiq izləniləcək və "uyğun davranılacaqdır". Bundan öncə isə FED monetar siyasətin müəyyən olunmasında "səbrli olunacağı" bildirilirdi. 


FED uçot faiz dərəcələri dəhlizini maliyyə bazarlarında proqnozlaşdırıldığı kimi 2.25-2.50% aralığında saxlayıb. Lakin maliyyə bazarlarında dünyada davam edən ticarət böhranı və iqtisadi zəifləmə səbəbilə uzun müddətdir faiz azaldılması fonunda spekulyasiya edilir. Cari vəziyyətdə 2019-ci ildə iki faiz azaldılması ehtimal edilir. 


Faiz qərarı açıqlamasından yarım saat sonra sədr Jerom Povel mətbuat konfransında çıxış edib və faiz azaldılmasına hazır olduğunu deyib. İqtisadiyyata qarşı müqavimət artıb. Sədr çıxışında ticarət böhranları fonunda qeyri-müəyyənliklərin artmasına və qlobal inkişaf dinamikasının zəifləməsinə işarə edib. 


Bununla yanaşı, Povel mərkəzi bankın sonuncu iqtisadi göstəricilərə qarşı tələsik davranılmamasının önəmli olduğunu da əlavə edib. Lakin Povel əmin edib ki, iqtisadi inkişafa dəstək olmaq üçün hazırdırlar, baxmayaraq ki, idarə heyət üzvləri gələcək faiz azaldılması dinamikasına dair müzakirələr aparılmayıb. 


FED-in açıqlamasında göstərilir ki, gələcək faiz siyasəti mövzusunda idarə heyəti üzvləri parçalanıb. Belə ki, səkkiz üzv bu il ərzində faiz artımı gözləmir, yeddi üzv isə iki faiz azaldılmasını müdafiə edir. Povel onu da əlavə edib ki, faizlərin dəyişdirilməməsini müdafiə edən əksər üzvlərin özləri də faiz azaldılması üçün səbəblərin artdığını görürlər. 


Qeyd etmək lazımdır ki, FED-ə görə Amerika iqtisadiyyatı mülayim sürətdə inkişaf edir. Mayın əvvəllərində isə sürətli inkişafdan danışılırdı. Buna baxmayaraq, cari il üzrə inkişaf proqnozları da azaldılmayıb və gələn il üçün də artırılıb. 2019-ci ildə 2.1%, 2020-ci ildə isə 2.0%-lik (əvvəl 1.9% idi) inkişaf sürəti proqnozlaşdırılır.