FED faiz dərəcələrini yenidən endirə bilər

15 Avqust 2019

ABŞ-Çin ticarət savaşında gərginliyin artması və FED-in monetar siyasətini yumşaldacağına dair ehtimallar qızıla olan tələbi artırır.

FED faiz dərəcələrini yenidən endirə bilər

ABŞ-Çin ticarət savaşında gərginliyin artması və FED-in monetar siyasətini yumşaldacağına dair ehtimallar qızıla olan tələbi artırdığı üçün psixoloji baryer hesab edilən 1500 dollar həddinin üzərinə yüksəldi. 

Çərşənbə günü 2.4% bahalaşan XAUUSD cütlüyü  2013-cü ilin aprel ayəndan bu yana ilk dəfə idi ki, 1500 həddini aşdı.

İnvestorlar  Vaşinqton və Pekin arasında uzanan ticarət gərginliyinin dünya iqtisadiyyatında getdikcə tənəzzülə səbəb ola biləcəyindən ehtiyyatlanaraq diqqətləri qızıla yönəltmişdir. Artan tələb fonunda bu qiymətli metal son 1 ayda 5% bahalaşmışdır.

Bu, FED-in və digər böyük mərkəzi bankların iqtisadiyyatı dəstəkləmək üçün sərt tədbirlər görməli olacağına dair gözləntilərə səbəb oldu.

Çikaqo FED sədri Çarles Evans açıqlamasında iqtisadi artım üçün ticarət gərginliyindən yaranan risklərə qarşı çıxmaq məqsədilə FED-in faiz dərəcələrini endirməsi gərəkdiyi siqnallarını verdi.

Analitiklər fyuçers əməliyyatlarında FED-in sentyabrda faiz endiriminə gedəcəyinə inamın böyük olduğunu bildirirlər. Bir qisim analitiklər isə sentyabr ayında uçut dərəcələrinin 0.5% endiriləcəyini proqnozlaşdırırlar. Analitiklərin digər bir qismi isə 2020-ci ilin yanvar ayına qədər 0.75%-lik endirimə gediləcəyini ehtimal edirlər.