FED faiz siyasətindən əmin deyil

21 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən FED-in toplantı protokolu, bu il üzrə faiz artımın ehtimallarının azalmasını bir daha təsdiq edib.

FED faiz siyasətindən əmin deyil

Amerika Mərkəzi Bankı (FED) yanvar ayının sonu toplantıda ehtiyatlı siyasətin düzgün olması qərarını verib. Çərşənbə günü yayımlanan toplantı protokolunda bankın monetar siyasətini müəyyən edən komitə (ing.: "FOMC") üzvləri cari il üzrə siyasətin gələcəyinə dair əmin deyillər. Lakin büdcədə yığılan 4 trilyon dollarlıq istiqrazların ilin sonuna kimi boşaldılmasının dayandırılması mövzusunda yekdildilər. 


İdarə heyətinin bəzi üzvləri bu il əlavə faiz artımını yalnız inflyasiyanın yenidən artması şəraitində mümkün görürlər. "FOMC"-nin bəzi üzvləri isə dayanıqlı inkişafın davam etməsini əsas götürürlər. 


Beləliklə, protokol yanvar ayında siyasətdə edilən dəyişikliyi bir daha təsdiq edib. Sözügədən vaxta kimi isə mərhələli faiz artımından söhbət gedirdi. Sonuncu faiz artımından sonra sədr iqtisadiyyatda risklərin artmasını əsas gətirərək, "səbrli" davam edəcəklərini bildirmişdi. Çin iqtisadiyyatında zəifləmə də dünya iqtisadiyyatında dinamikanın zəifləməsinə təsir etməkdədir. Bununla yanaşı, Jerom Povel inflyasiyadaki dəyişikliyi və maliyyə bazarlarındaki dalğalanmağı da önə çəkmişdi.


Bütün üzvlərin həmfikir olduqları mövzu isə hər ay 50 milyard dollar azaldılan FED balansının ilin sonuna kimi boşaldılmasının dayandırılmasıdır. Bu proses bu il dayandırılarsa, büdcədə yığılan və qorunan aktivlərin həcmi maliyyə böhranından əvvəlki səviyyənin xeyli üzərində olmuş olacaqdır. Bu göstərici təqribən 800-900 milyard dollar idi. Pul dövriyyəsinin bu gün əvvəlki dövr ilə müqayisədə artması FED-in bu gün siyasətinin dəyişməsinə səbəb olur. Əvvəlki kiçik istiqraz əməliyyatları bu gün böyük rol oynamır. Əvəzində isə bu gün FED kommersiya banklarına əmanətlərinə görə faiz ödəyir və beləliklə, bazar gəlirliliyinə də nəzarət etmiş olur.