FED faizləri daha da artırmaq niyyətindədir

18 Oktyabr 2018

Amerika Mərkəzi Bankının üzvləri uçot faiz dərəcələrini daha artırmaqda davam etməyin tərəfdarıdırlar: Foreksdə dollar yenidən bahalşdı.

FED faizləri daha da artırmaq niyyətindədir

ABŞ prezidenti Donald Trampın tənqidlərinə baxmayaraq, Amerika Mərkəzi Bankı (FED) sonuncu toplantısında siyasətini daha da sərtləşdirməyi müzakirə edib. FED-in idarə heyətinin əksər üzvləri faiz dərəcələrini gələcəkdə müəyyən olunan uzun müddətli səviyyədən də yüksəyə qaldırılmasının tərəfdarı olublar. Bu haqda məlumat bankın monetar siyasətini müəyyən edən komitənin (ing.: "FOMC") çərşənbə günü yayımlanan protokolunda verilib. Uzun müddətli neytral faiz səviyyəsini isə komitə 3%-də görür. 


"FOMC"-nin az bir üzvü isə hətta pul-kredit siyasətinin daha da sərtləşdirilməsinin tərəfdarı olub. Lakin bu, nəticədə iqtisadi inkişafı və inflyasiyanın qarşısını ala biləcəyi baxımından bəzi üzvlər tərəfindən müsbət qarşılanmayıb. İqtisadiyyatın hərarətli inkişafı müşahidə edilmədiyi üçün daha sərt siyasət məhdudlaşdırıcı xarakter ala bilər. 


Protokolda orta sürətli inkişafın və inflyasiyanın 2%-ə yaxın səviyyələrdə olması, FED üçün mərhələli faiz artımı siyasəti üçün əsas verdiyi göstərilir. Bununla yanaşı, inflyasiyanın 2%-ın üzərində dayanıqlı inkişafının təmin olunacağı gözlənilir. İqtisadiyyatda əsas risklər isə yeni hökümətin həyata keçirtdiyi mübahisəli xarici ticarət siyasəti ilə əlaqələndirilib.


Qeyd etmək lazımdır ki, Donald Tramp çərşənbə axşamı FED-ə qarşı yenidən tənqid edici ifadələr işlədib: "Mənə qarşı ən böyük təhdid FED-dir". "Amerika Bankı faizləri sürətlə artırır və "çox sərbəst" aparır özünü", deyə prezident "Fox Business"-də müsahibəsi zamanı vurğulayıb. O, son aylardır bankın siyasətini sərt tənqid edir və yüksək faizlərin ABŞ iqtisadiyyatını "boğa" biləcəyindən narahatdır. Protokolda isə Trampın çıxışlarına yer verilməyib. 


FED sentyabr ayının 25-26 aralığında baş tutan toplantısında uçot faiz dərəcəsilərinin yuxarı sərhədini 2.25%-ə yüksəltməyi qərarını vermişdi. Bu cari il ərzində üçüncü faiz artımı oldu. Maliyyə bazarlarında növbəti faiz artımı qərarının dekabr ayının 18-19 aralığında baş tutacaq toplantıda veriləcəyi gözlənilir. 


Dünya valyuta birjalarında protokol dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasılarına səbəb olub.