FED faizləri sabit saxlasa da aktivlik arta bilər

30 Yanvar 2019

Dünya valyuta birjalarında bazar iştirakçıları Bakı vaxtı ilə saat 23:00-da açıqlanacaq faiz qərarından sonra ticarət aktivliyinin artacağını gözləyirlər.

FED faizləri sabit saxlasa da aktivlik arta bilər

Qiymətlərin son iki gündə olan hərəkətinə fikir yetirsək, dollar indeksinin 95.27 - 95.56 aralığında hərəkət etdiyinin şahidi oluruq. Bazar iştirakçıları aktivliyin artmasına hazırlaşırlar.

Qeyd edək ki, investorların əsas diqqət mərkəzində olan xəbər bu gün Bakı vaxtı ilə saat 23.00- da açıqlanacaq FED-in faiz dərəcəsi ilə bağlı qərarıdır.

Maliyyə bazarları iştirakçılarının proqnozlarına əsasən, faiz dərəcəsinin stabil saxlanılmasına baxmayaraq (2.5%), birjalarda investorlar yüksək aktivliyin olacağına inanırlar.