03.06.2019 FED-in 2 faiz azaldılması ehtimalları

03.06.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

03.06.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



FED-in faiz azaldılması ehtimalı və EUR/USD. 

Beynəlxalq maliyyə bazarlarında may ayı cari ilin ilk ayıdır ki, itkilərlə müşahidə olunub. Qlobal ticarət böhranının dərinləşməsi, Amerika mərkəzi bankını (FED) da faiz azaldılmasına məcbur edə bilər və bu ehtimallar son günlər dolların ucuzlaşmasına təsir etməkdədir. Nəticədə EUR/USD məzənnəsi 1.1186$-a kimi bahalaşıb və 1.1225$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

Funtda bahalaşma başladı. 

GBP/USD məzənnəsi də bahalaşmaqdadır və 1.27$-ın üzərində qaldıqca, 1.28$-a kimi bahalaşa bilər. Bu gün Amerika prezidenti Donald Trampın İngiltərəyə önəmli səfəri də böyük maraqla gözlənilməkdədir. ABŞ höküməti İngiltərəni breksit prosesində dəstəkləyir. 


Qızıla olan tələb artır və 1322$-a kimi bahalaşa bilər. 

FED-in iki faiz artımına gedə biləcəyi ehtimalları, əlvan metallar bazarlarında qızıla olan tələbin artmasına da təsir etməkdədir. Qızılın bir unsiya üzrə qiyməti keçən həftə ərzində 3% dəyər qazanaraq, 1312$-ın üzərində təklif edilib. 1313$ (41.5 $/qram) yuxarı istiqamətdə qırılarsa, qızıl 1322$-a kimi dəyər qazana bilər.