FED-in açıqlamaları gözlənilir

08 Noyabr 2018

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri yenidən bahalaşsa da gələcək gözləntilərə dair qeyri-müəyyənlik mövcuddur.

FED-in açıqlamaları gözlənilir

Beynəlxalq valyuta birjalarında ABŞ-da baş tutan parlament seçkisinin nəticələrinin açıqlanmasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri yenidən bahalaşmağa başlayıb.  


Belə ki, EUR/USD məzənnəsi 1.14$, USD/TRY məzənnəsi isə 5.36TL-yə ticarət edilir.  


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 23:00-da dərc ediləcək Amerika Mərkəzi Bankının faiz qərarı da investorların diqqət mərkəzindədir.