FED-in ehtiyatlı siyasəti

25 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Amerika mərkəzi bankının keçən həftə veridyi açıqlamalar investorların diqqət mərkəzindədir.

FED-in ehtiyatlı siyasəti

Amerika mərkəzi bankı (FED) çərşənbə günü gözlənilmədən ehtiyatlı pul siyasəti istiqaməti haqqında açıqlamalar verib və bu il planlaşdırılan faiz artımına toxunmayıb. 


Bununla yanaşı, bank istiqraz alışı proqramı nəticəsində yığılan balansının azaldılmasını sentyabr ayında dayandırmaq istəyir. 


FED sədri Jerom Povel bunu ABŞ-dan kənarda, xüsusilə də Avropa və Çində artan iqtisadi risklərlə əlaqələndirib .