FED-in faiz artım siqnalları və Avroda ucuzlaşma

22 Fevral 2018

Avrozona iqtisadiyyatının inkişaf dinamikası və FED-in faiz artımı ilə bağlı gözləntilər EUR/USD qiymətinin ucuzlaşmasına təsir etməkdədir.

FED-in faiz artım siqnalları və Avroda ucuzlaşma

Dünya valyuta birjalarında avronun qiyməti ucuzlaşmaqda davam edir. Artıq 1.23$-a ticarət edilən EUR/USD məzənnəsinə təzyiq edən əsas amillər, maliyyə bazarlarında Avrozona iqtisadiyyatının inkişaf dinamikası ilə bağlı gözləntilərin azalması və FED-in faiz artımı gözləntilərinin artmasıdır. FED-in çərşənbə günü yayımlanan yanvar ayı protokolunda da faiz artımı siqnalları, bu gün tendensiyanı daha da gücləndirə bilər. Beləliklə, məzənnənin ucuzlaşmasının 1.22$-a kimi də davam edə biləcəyi proqnozları güclənməkdədir.


Türkiyə bazarlarında da USD/TRY məzənnəsi 3.80TL-ə ticarət edilməkdədir və qiymət 3.81TL-nin üzərində möhkəmlənərsə, 3.87TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.


Sabah Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. Belə ki, maliyyə bazarlarında inflyasiyanın aylıq artım dinamikasında 0.9%-lik azalma proqnozlaşdırılır.